MATERİAL SİYAHISI:
1 pk. Duzsuz qızarmış çörək
1 su b. Toz şəkər
2,5 su b. Su
KREMİ ÜÇÜN:
1 lt. Süd
7 şorba k. Üyüdülmüş un
1 şorba k. Qarğıdalı nişastası
1 pk. Vanil
1 su b. Toz şəkər
ÜZƏRİ ÜÇÜN:
1 poşet köpükləndirilmiş şəndi
Karamel sos
İÇİ:
Qızarmış çörəkləri düzbucaq soba qabına düzürük. Toz şəkəri polad tavada, zəif odda əridirik .Yanmamasına
diqqət göstəririk. Taxta qaşıqla qarışdırmaq. Maye hala gəlib qaynayanda isti su tökürük. İlk su verəndə sıx bir qaynama yaranacaqdır, tökərkən diqqətli olmalıyıq. Taxta qaşıqla qarışdırırıq. Karamel tamamilə əriyib qaynayanda çörəklərin üstünə tökürük.
Kremi üçün, südü qazana tökürük. Üyüdülmüş unu, nişasta, şəkər tozu və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynamağa başlayanda altını bağlayırıq. Çörəklərin üzərinə gəzdirərək tökürük. Soyumağa qoyuruq. Soyuyanda üzərinə krem şəndi sürürük. Karamel sousla bəzəyərək xidmət edirik.
Tarix: 16.06.2015 / 15:31 Müəllif: Nurana Baxılıb: 34 Bölmə: Desertlər