MATERİAL SİYAHISI:
300 q kadayıf
1 su stəkanı qoz
100 q kərə yağı
Yarım çay stəkanı duru yağ
ŞƏRBƏTİ ÜÇÜN:
1,5 su stəkanı şəkər
2 su stəkanı su
Yarım limon
KREMİ ÜÇÜN:
1 litr süd
1 su stəkanı toz şəkər
1 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 xörək qaşığı düyü unu
ÜZƏRİ ÜÇÜN:
1 poşet köpükləndirilmiş şəndi
Darçın
İÇİ:
Kadayıf-ı doğrayırıq. Yağlanmış düzbucaqlı şüşə soba qabına kadayıf-ın yarısını səpirik, qozu əl dəyirmanından keçirərək üyüdürük və üstünə səpirik. Qalan kadayıf-ı da üzərinə yağaraq tökürük və üzərinə basırıq. Kərə yağını əridib, duru yağla qarışdırırıq və kadayıf-ın üstünə tökürük. Əvvəldən isidilmiş 220 dərəcəlik sobada üzəri qızarana qədər bişiririk. Şərbət materiallarını qazanda qaynadırıq. Kadayıf bişəndə sobadan çıxarırıq və üzərinə isti şərbəti qaşıqla tökürük.
Kremi üçün, südü, şəkər tozu, unu, nişasta və düyü ununu bir qazana tökürük. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynamağa başlayanda altını bağlayırıq. Kreminin və kadayıf-ın ilk temperaturu çıxanda kremi kadayıf-ın üstünə tökürük. Bu şəkildə soyumağa qoyuruq. Soyuyanda üzərini köpükləndirilmiş şantiyle bəzəyib darçın səpərək süfrəyə veririk.
Tarix: 11.06.2015 / 23:47 Müəllif: Nurana Baxılıb: 30 Bölmə: Desertlər