- Neçə yaşın var?
- Artıq 32 olar.
- Lalə, birinci dəfə nə vaxt fahişəliyə başladın?
- Gəlin belə edək, mənə fahişə deməyin. Siz jurnalistlər hər yerdən xəbər tapıb qəzetdə yazirsiz. Onda belə çıxır ki, siz də «xəbərçisiz»?
- Yaxşı, ilk dəfə nə vaxt bu yola düşdün?
- Ərimdən boşanandan sonra…
- Niyə boşandın?
- Çıxıb getdi Rusiyaya, qayınanam da mənlə yola getmədi. Dolanmaq üçün gəldim Bakıya…
- Bakıda bu “dünya”da vəziyyət necədi?
- Qabaqlar çox pis günlər keçirtdim. Bazarların yanındakı gecə barlarında olurdum. İki dəfə xəstəlik tapdım. Sonra bir nəfərlə tanış oldum. İki ay məni saxladı. Ondan sonra hər şey dəyişdi.
- Necə yəni dəyişdi?
- Yeni «kruq» yarandı… Məni saxlayan axır vaxtlar deyəsən, məndən bezmişdi. Həftədə bir iki dostu ilə məni tanış edirdi. Onların da imkanları yaxşıydı.
- Bir sözlə, bazar alverçilərindən varlı adamların əhatəsinə düşdün?
- Hə…
- Maddi baxımdan fərq necədi?
- Bazarda 15-30 manata, amma indi eləsi varkı 300-500 dollar da verir.
- İndiki həyatından narazı deyilsən?
- İndi daha qorxuludu.
- Niyə?
- Bilirsən, həm xərc çox çıxır, həm çətinliklər olur…
- Məsələn...?
- Məsələn, işimə uyğun olaraq ingilis dilini öyrənirəm… Qabaqlar 2-3 manatlıq bəzək əşyalarından istifadə edirdimsə, indi gündə bəlkə də saç düzəltməklə bir yerdə xərcim 50-100 dollara çatır. Yəni, baxır, «kliyentə».
- Müştərilərin arasında tanınmışlar var?
- Əlbətdə var.
- Onlarla rahatdı, ya?
- Onlar pul baxımından sərf edir. Amma bir şey deyim; son vaxtlar imkanlı, vəzifəli adamların çox hissəsi intimual baxımdan zəifləyiblər. Bəlkə də narkotikdən-markotikdən istifadə etdiklərinə görə belə olur. Eləsi olur ki, bir sutka adamı yanında saxladır, başımıza yüz hoqqa gətirir, amma heç bir şey edə bilmir. Biri varıydı, zavod direktoru, yaşlı kişi idi, hər dəfə mənimlə görüşəndə ən azı 500 verirdi. Eləcə məni öpüb, danışdırıb çıxıb gedirdi. Amma 10-15 manat verənlər nəfəsimizi kəsirdilər.
- Bəs döyülmə halları da olur?
- Eh… hər dəfə evdən çıxanda Allaha dua eliyirəm ki, bıçaqlanmayım. Bir «kliyentim» var, onda alınmayanda məni döyür.
- Onda niyə onunla görüşürsən?
- Həm çox pul verir, həm də qorxuram «otkaz» eləyəndən sonra məni tutdura…
- Niyə onların heç olmasa, birinin adını çəkmirsən?
- Ölümümü istəyirsən?!
- Bəs bu yolun yolçusu olan qadın jurnalistlər var?
- Var nədi, doludu. Televiziyada işləyənləri, reklamlara çəkilənləri isə baha qiymətə çıxırlar. Birini tanıyırdım. Gəzmədiyi adam qalmadı. O qədər «abort» etdirmişdi ki, uşağı da olmurdu. O günü eşitdim ki, özündən on-on beş yaş cavan bir oğlana ərə gedib. Onlar bizim kimi hər zəngə çıxmırlar. Əllərində bir-iki restoran müdiri, zavod direktoru, nə bilim imkanlı adam olur, pullarını da onlardan çıxarırlar.
- Bəs, xaricilərlə münasibətin necədi?
- Dili təzə öyrənirəm. Ona görə bir-ikisini tanıyıram. Əşi, onlar da bir kişi deyil. Elə öpməklə məşğul olurlar.
- Lalə, maraqlıdı, bu boyda həyatdan sonra kimisə yenə sevə bilərsən?
- Elə indi də sevirəm. Ailəli, mərifətli bir oğlandı. O, mənə zəng vuranda nə işim olur-olsun atıb gedirəm. Bir dəfədə olsa pul almamışam. Onu görməyəndə artıq darıxıram. O da nə qədər istəyir pul versin götürmürəm. Bir ara ailəsində problem olmuşdu. Dedi, gəl evlənək. Razılıq vermədim.
- Niyə?
- Ev yıxanam? Odey, barışdılar indi bir yerdə yaşayırlar.
- Onu sevdiyini bilir?
- Nə bilim… Yəqin bilər…
- Nə yaxşı uşağın yoxdu?
- Hələ tezdi. Ev almışam… bəzi işləri də görüm, sonra baxarıq.
- Bəs, evdəkilər sənin kim olduğunu bilir?
- Yəqin ki, bilirlər. Amma demişəm ki, firmada işləyirəm. Birdə ki pulun varsa, bakirə qız kimi də qəbul edərlər səni…
- Lalə, bəs bu işdən nə vaxtsa ayrılmaq istəyirsən?
- Əlbətdə ki, istəyirəm… İngilis dilini öyrənirəm, kompyuteri artıq bilirəm. Hər şey qaydasına düşəndən sonra, banklardan birində işləmək istəyirəm. Belə yaşamaqdan bezirəm.
- Heç kitab oxuyursan?
- Axır vaxtlar “kliyentlərimiz” şeiri sevirlər. Ona görə, şer kitablarını arada bir oxuyuram.
- Kimləri?
- Axırıncı dəfə biri üzümə tüpürdü ki, niyə «Gedək bir Qazaxa salam verək» şeirini bilmirsən… Buna görə, kimdən gəldi, bir-ikisini öyrənirəm.
- Müsahibənin əvvəlində dedin ki, mənə fahişə demə. Bəs sənə nə deyək?
- Gəzəyən, fahişə, q…. adlarından xoşum gəlmir. Özü də axıra qədər bu işlə məşğul olmayacağam ki…
Tarix: 26.05.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 5646 Bölmə: Cinsi Münasibətlər