MATERİAL SİYAHISI:
6 su stəkanı süd
1,5 su stəkanı toz şəkər
10 xörək qaşığı üyüdülmüş un
1 xörək qaşığı nişasta
1 paket vanil
Yarım paket kakaolu petibör biskvit
ÜZƏRİ ÜÇÜN:
Şokolad sos
Çiyələk
İÇİ:
Pudinqi üçün, südü qazana tökürük. Toz şəkəri, üyüdülmüş unu, nişasta və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynayanda altını bağlayırıq. Ortası deşik tort qəlibin içinə soyuducu poşet-ini qayçıyla kəsib qəlibə yayırıq. Üzərinə fırçayla duru yağ sürürük. Qəlibə pudinqi tökürük. Biskvitləri ikiyə sındırıb şirininin üzərinə aralı olaraq batırırıq. Bu şəkildə soyumağa qoyuruq. Biskivitmiz soyuyanda boşqaba tərsinə çeviririk.
Çiyələkləri təmizləyib dördə kəsirik. Şirininin ortasındakı boşluğa doğranmış çiyələyi qoyuruq. Üzərinə şokolad sous tökərək servis edirik.
Tarix: 11.06.2015 / 16:43 Müəllif: Nurana Baxılıb: 62 Bölmə: Desertlər