Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulaq ağrısı

Qulaq ağrısını sakitləşdirmək üçün narın içərisini çıxarır, oranı gül yağı ilə doldurub isidir və yarımisti halda ondan qulağa damcıladırlar. Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladanda da yaxşı tə”sir alınır.
Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı tə”sir edir.
Ana südü qulaq ağrısının şiddətini azaldır. Badam və ya qoz yağını ilıq halda qulaqa damcılatmaqla bir neçə günlüyə ağrının qabağını almaq olur. Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. Iltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir. Şirin nar dənələrini şərabda qaynadıb, həvəngdəstədə yumşalınca döydükdən sonra qulağa məlhəm şəkildə qoyanda da tə”siri yaxşı olur. Ladanı gül yağında bir müddət saxladıqdan sonra qulağa damcılatdıqda xeyirli dəyir. Çuğundur şirəsi, sədəfotunun şirəsi və gül yağının nar qabığının içərisində ilıq hala gətirilmiş qatışığından, həmçinin gül, yaxud süsən yağında qaynadılmış ağ rəngli, sıx toxunmuş hörümçək torunun qatışığından da istifadə etdikdə yaxşi nəticə verir.
Qaz piyi və ya azacıq isidilmiş toyuq piyi iltihab zamanı qulaq gurultusunun qarşısını alır. Qulaqda qurd olarsa, onu aradan qaldırmaq üçün, naşatırı ana südü ilə qatıb qulağa tökmək faydalıdır. Ilıq soğan şirəsindən də istifadə etmək olar.
Qulaq sulanması zamanı nar şirəsini mis qazanda üçdə bir hissəsi buxarlanınca qaynadıb, qalan hissədən 2 dancı ilıq halda qulağa damcılatmaq xeyir eləyir. Balqabağın tumunu çıxarıb içərisinə zeytun yağı tökəndən sonra bir müddət gözləyib, sonra onu qulağa damcılatmaqla qulağın sulunmasının qarşısını almaq olur.
Qulağda uğultu olarsa, gənəgərçək yağı və şaftalı tumunun yağını isidib qulağa damcılatmaq məqsədəuyğundur. Bunun üçün acı badam yağı və ya qoyun ödü ilə çöl soğanı şirəsinin qatışığından da istifadə etmək olar. Heylufər yağı ilə özünü asqırtmaq faydalıdır. Kibritin kükürdünü buxarlandırıb qulağa onun buxarına vermək də kömək eləyir. Xardalı quru əncir ilə döyüb piltə şəklində qulağa qoymaq məqsədəuyğundur.
Söyüd yarpağı, çobanyastığı, zəncəfil, şüyüd və süsən kökündən ilıq suda cövhər hazırlayıb qulağa qoymaq eşitmə prosessini gücləndirir. Turpu duz ilə döyüb onun şirəsini qulağa damcılatmaq da müsbət nəticə verir.
Kərkəs piyini əridib onunla qulağa piltə qoymaq və bu işi bir neçə dəfə təkrar etmək yaxşı tə”sir bağışlayır.


Tarix: 28.08.2012 / 00:04 Müəllif: Behlul Baxılıb: 7899 Bölmə: Xalq Tebabeti
loading...