Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Krem brüle
Krem brüle

MATERİAL SİYAHISI:

4 yumurta
2 su b. Krem
2 su b. Süd
1 su b. Toz şəkər
1 pk. Vanil

ÜZƏRİ ÜÇÜN:

Əsmər şəkər tozu

İÇİ:

Südü və qaymağı qazana tökürük. Şəkər tozu və vanili əlavə edirik. Qazın üstünə alırıq və çırpma teliylə qarışdırırıq. Qaynamağa başlayanda 2 dəqiqə qaynadıb ocaqdan alırıq. Soyumağa qoyuruq. Soyuyanda yumurtaları qazana sınırıq və qarışdırırıq. Çini krem brüle qablarına bölüşdürürük.

Qabları soba xonçasına düzürük. Məcməyi də soyuq su tökürük. Əvvəldən isidilmiş 160 dərəcəlik sobada 35 dəqiqə benmari üsulu bişiririk. Üzərilərinə əsmər şəkər tökürük və ı qazlı alətlə şəkəri yandıraraq karameldə edirik. Soyuyanda istəyə görə yanında dondurmaqla xidmət edirik.


Tarix: 14.06.2015 / 12:23 Müəllif: Nurana Baxılıb: 58 Bölmə: Desertlər
loading...