Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pankek
Pankek

MATERİAL SİYAHISI:

3 yumurta
1,5 su stəkanı süd
1 çay stəkanı toz şəkər
1 paket vanil
1 paket qabartma tozu
3 xörək qaşığı kərə yağı
8 xörək qaşığı un

XİDMƏTİ ÜÇÜN:

3 banan
Sürülə şokolad
Yaşıl fıstıq

İÇİ:

Kərə yağını tavada əridirik və soyuduruq. Yumurtaları qarışdırma qabına qırırıq. İçinə südü və şəkər tozu tökürük. Çırpma teliylə qarışdırırıq. Kərə yağını, qabartma tozunu və vanili qoyuruq. Unu əlavə edirik və çırpma teliylə qarışdırırıq.

Xərcimiz, krep xərcindən bir az da tünd olmalıdır. Teflon tava, bir az yağlayırıq. Qaşıqla yavaş-yavaş balaca girdə xərc tökürük. Qaşıqla üstünü düzəldərək yayırıq. Pankeklerin çox qalın olmamasına diqqət edirik. Bişəndə üzərinə göz göz olur, spatula-la qızılı nəzarət edirik. Alt tərəfi bişirəndə çeviririk və digər tərəfini də bişiririk. Zəif odda bişirməyə diqqət edirik. Bişən pankekleri dəzgaha düzürük, üstlərinə sürülə şokolad çəkirik. Doğranılmış banan qoyuruq.üzerine toz fıstıq səpərək süfrəyə veririk.


Tarix: 11.06.2015 / 20:56 Müəllif: Nurana Baxılıb: 138 Bölmə: Desertlər
loading...