Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nevrozlar

Nevrozlar Nevrozlara,sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan,müxtəlif sinir-psixi əlamətlərlə,o cümlədən,emosianal davamsızlıq,fiziki və psixi yorğunluq,somatik şikayətlər və s.bu kimi patoloji hallarla təzahür edən xəstəliklər aid edilir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir.XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji,psixi və s.xəstəliklər nezrozlar kimi təsvir edilirdi..F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini,tetanus xəstəliyini də nevroz hesab edirdi.M.Romberq isə hətta iflicləri,beyin sifilisini,mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir.XIX əsrin sonuna doğru patoloji anatomiyanın,histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən,sırf funksianal xəstəlik olması sübuta yetdi.1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki,sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı,daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır.Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.Bəzi müəlliflərin fikrincə nevrozların klassik 3 forması nerasteniya,sarışan hallar nevrozu,isteriya ilə yanaşı digər nevrozlar və nevrotik hallar da mövcuddur.Bunlara ipoxondrik,depressiv nevroz,qorxu nevrozu,vegetanevroz və s.aid edilir. Nevrasteniya Nevrozların ən geniş yayılmış forması olan nevrasteniya ilk dəfə olaraq 1869-cu ildə amerika psixiatrı C.Brid tərəfindən təsvir edilmişdir.Müəllifin fikrincə sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik bu xəstəliyin meydana çıxmasında mühüm rol oynayan amillərdəndir.Xəstə ən adi iş gördükdə belə tez yorulur,əhval ruhiyyəsi dəyişir,ən cuzi səbəb nəticəsində affektiv partlayış reaksiyaları müşahidə edilir.Müxtəlif formalarda təzahür edən yuxu pozuntuları: gec yuxuya getmə,səthi yuxu,pis məzmunlu yuxugörmələr,yuxudan ayılarkən özünü nasaz hissetmə və s. Bu kimi əlamətlər qeyd edilir. Xəstəliyin klinikasında diqqəti cəlb edən 3 mərhələni fərqləndirmək mümkündür: 1)hipersteniya 2)qıcıqlandırcı zəiflik 3)hiposteniya Hipersteniya mərhələsində rast gəlinən başlıca əlamətlər qıcığa qarşı həssaslığın artması, səbirsizlik,dözümsüzlük,tez-tez əsəbləşmək və diqqətin pozulmasıdır.Bir sıra hallarda “astenik mentizm”,yəni fikirlərin dolaşıqlığı qeyd oluna bilər.Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir,qıcıqlandırıcı zəiflik əlamətləri:ümumi zəiflik,əhvalın tez-tez enməsi,yuxusuzluq kimi əlamətlər meydana çıxır. Xəstəliyin sonrakı mərhəlsində -hiposteniya,psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərəyan edir.Xəstənin əmək qabiliyyəti daha da enir,bütün günü əzgin yuxulu və qəmgin görünür.Yuxarıda qeyd olunan mərhələlərin müddəti xəstəliyin ağırlıq dərəcəsindən,orqanizmin fərdi müqavimət qabiliyyətindən,ən başlıcası isə xəstəliyin meydana çıxmasında başlıca yer tutan zərəli amillərin (psixi travmalar,gərgin iş,toksik amillər və s.)davam etməsindən asılı olur.Bir sıra hallarda xəstəlik aylarla davam edir.Bəzən isə illərlə çəkə bilər.Belə hallarda şəxsiyyətin nevrotik inkişafı haqqında düşünmək lazımdır.O.V.Kerbikov (1958) nevrotik inkişafın başlıca amilini uzun müddət davam edən psixi travma ilə əlaqələndirir və şəxsin bu amilin məngənəsindən çıxa bilməməsində görürdü.Bu zaman nevrotik əlamətlərlə yanaşı xəstənin xasiyyətində baş verən bir sıra dəyişikliklər (həddindən artıq həyəcan reaksiyaları,ümumi yorğunluq,cuzi səbəbdən əsəbiləşmək,affektiv reaksiyalar nümayiş etdirmək və s.)ön plana çıxır cə sanki şəxsin daimi xasiyyət elementlərinə çevrilir.Xəstlər öz hərəkətlərinə tənqidi yanaşsalar da onları narahat edən əlamətlərdən yaxa qurtara bilmirlər. Nevrasteniya zamanı,bir qayda olaraq,vegetativ sinir sisteminin normal fəaliyyəti dəyişir və bunun nəticəsində daxili orqanların disfunksiyası meydana çıxır. Vegetativ sinir sisteminin pozulması nəticəsində təzahür edən universal əlamətlərdən biri başağrıları və başgicələnməsidir.Spesifik küt sıxıcı ağrılar şəklində meydana çıxan başağrıları xəstəliyin bütün mərhələsində rast gəlinir.Digər vegetativ əlamətlərdən təngənəfəsliyi,ürəkdöyünməni,ürək nahiyyəsində küt (bəzən əksinə sancan) ağrıları,ətrafların keyləşməsini göstərmək olar.Bəzi xəstələrdə həzm sisteminə aid pozntular,məsələn,mədə və bağırsaqlarda xoşagəlməz hisslərin duyulması,iştahanın pozalması,qəbizlik (və ya tez-tez defekasiya aktı),mədə qıcıqları,gəyirmə və s. əlamətlər təzahür edir.Göstərilən əlamətlər daimi xarakter daşımır,xəstənin əsəbiləşməsi,emosianal gərginliyin güclənməsilə əlaqədr meydana çıxır. Bəzən bir sıra obyektiv əlamətlər də qeyd olunur.Məsələn,taxikardfiya,bradikardiya,qan təzyiqinin dəyişməsi,tərləmə,akrosianoz,qusma və s.Göstərilən əlamətlərin hamısı eyni vaxtda rast gəlinmir,onlar ara-sıra bir-birini əvəz edir. Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onalrın son dərəcə öz xəstləiklərini “şişirtməsidir”.Belə ki,nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir,müxtəlif həkimlərə müraciət edir,bütün müayinələrdən keçməyə cəhd göstərirlər.Lazımı ixtisaslı yardım almayan belə xəstələ tez ruhdan düşür,pessimizmə qapılır,beləliklə də xəstəliyin sağalması deyil,dərinləşməsinə şərait yaradırlar. Nevrasteniya zamanı tez-tez təsadüf edən əlamətlərdən biri də seksualoji pozuntulardandır. Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır. Sarışan hallar nevrozu Bu nevrozun ən başlıca cəhəti xəstəni narahat edən sarışan halların (qorxular,hərəkətlər, fikirlər , xatırlamalar və s.)olmasıdır.Xəstə həmin fikir və hisslərin bayağılığını,lüzumsuzluğunu başa düşməsinə baxmayaraq onlardan yaxa qurtara bilmir. Sarışan hallar nevrozunun 3 klinik variantını qeyd edirlər.Bunlara obsessiv,fobik,sarışan – kompulsiv formalar aiddir.Obsessiv formada sarışan xatırlamalar,təsəvvürlər,lüzümsuz evlərin pəncərələrini,mərtəbələrini saymaq və s.təşkil edir.Fobiya forması ücün xarakterik əlamət xəstəliklərə tutulmaqdan qorxmaqdır.Sarışan kompulsiv formada isə xəstə öz arzusundan asılı olmayaraq kobud və nəlayiq hərəkətlərə meyl göstərir.Məsələn,kiməsə zərbə endirmək,hərhansı bir əşyanı sındırıb dağıtmaq,kimisə izdiham içində təhqir etmək vəs. Sarışan hallar müxtəlif formalarda təzhür edə bilər (ağır xəstəliyə tutulmaq qorxusu – nozofobiya , yüksəklikdən qorxmaq-akrofobiya ,geniş küçələrdən və ya meydanlardan keçə bilməmək-aqrofobiya,yaxın adamlarını itirmək,evdə tək qalmaqdan qorxmaq-monofobiya,ağlını itirmək,ruhi xəstəliyə tutulmaq qorxusu-psixofobiya və s),özlərindəki qorxu və şübhələri azaltmaq məqsədilə bəzən xəstələr cürəcür rituallardan, “qorunmaq hərəkətlərindən”istifadə edirlər.Bir xəstə gün əvəzində ona heç bir xəta toxunmaması üçün səhərlər evdən çıxmazdan əvvəl gözünü yumaraq 3 dəfə otağın divarını öpərmiş.Başqa bir xəstə isə heç bir infeksiyaya tutulmamaq üçün hər gün bədənin müxtəlif yerlərinə (barmaqlarına,dabanına və qulaqlarının arxasına) yod sürtərmiş. Sarışan haların geniş yayılmş formalarından biri də sarışan fikirlərdir.Bu zaman məzmunsuz,qeyri sağlam müdriklik deyilən əlamətlər müşahidə edilir.Belə xəstələr hamıya yaxşı məlum olan,sübuta ehtiyacı olmayan,ümumiyyətlə,mənasız fikirləri “çeynəməyə”ehtiyac duyur,ətrafdakı adamlara mənasız suallar verməkdən,mübahisədən sanki zövq alır.Xəstələri bəzən belə suallar maraqlandırır:nə üçün süd ağ,yağ isə sarı rəngdədir?nə üçün gpzlər kəllənin yuxarı hissəsində,dişlər isə ndan aşağıda yerləşmişdir? Gözləmə nevrozu öz kliniki və patogenetik xüsusiyyətlərinə görə sarışan hallar nevrozunun bir variantıdır.Bu sondromun başlıca cəhəti bütün nevrozların inkişafında rol oynayan psixotravmatik amillərin xəstənin yersiz təşviş və həyəcanına səbəb olan xəstəlik halı əmələ gətirməsidir.Belə ki,xəstə vərdiş etdiyi ən adi hərəkətləri icra edərkən təşviş keçirir,onun baş tutmayacağını gözləyir.Məsələn,gecələr yuxuya gedə bilməməsindən,imtahan zamanı müəllimə yaxşı cavab verə bilməyəcəyindən və s. qorxur, həyəcan keçirir.Bu sindromun yaranması nəticəsində nitq pozuntuları (kəkələmə) impotensiya,yuxu pozuntuları və s.meydana çıxır.25 il ali məktəbdə mühazirələr oxumuş bir müəllim nevroza tutulduğu zaman auditoriyaya girməkdən qorxur,mühazirə oxuya bilməyəxəyindən ehtiyat edərək aylarla sevimli peşəsindən uzaqlaşmışdır. Gedişinə görə sarışan hallar nevrozu,adətən,daha uzun davam edir.Onların müalicəsi də xeyli çətinlik törədir. İsteriya İsteriya qədim dövrlərdən bəlli olan xəstəliklərdəndir.Əvvəllər belə hesab edirdilər ki,bu xəstəlik ancaq qadınlar arasında rast gəlinir və uşaqlığın “azaraq bədəndə gəzməsi” ilə əlaqədar meydana çıxır(Yunanca nustera-uşaqlıq deməkdir).Yalnız XVII əsrdə fransa həkimi Şarl Lepua müəyyən etdi ki,isteriya kişilərdə və uşaqlarda da rast gəlinir.Xəstəliyin başlıca xüsusiyyəti hərəkət və hissiyyat (emosiya)sferasına aid funksional pozuntuların olması,xəstənin asanlıqla təlqinə və özünü təlqinə məruz qalmasıdır.Diqqəti cəlb edən cəhətlərdən biri də onların öz xəstəliklərinə “xüsusi”münasibət bəsləməsidir.Bir tərəfdən müalicə olunmasını istəyərək həkimə müraciət edir,digər tərəfdən isə xəstəlik halından çıxmaq istəmir,sanki bu hərəkətlər ona zövq verir. İsteriya xəstəliyi, adətən,isteroid xasiyyətli şəxslərdə,İ.P.Pavlovun müəyyən etdiyi kimi II siqnal sistemi zəif,bədii tipə mənsub olan adamlarda təsadüf edir. Xəstəliyin kliniki əlamətlərini sistemləşdirərək onları 3 qrupa bölmək olar: 1)İsterik cəngolmalar; 2)Vegetativ və hərəki funksiyaların isterik pozuntuları; 3)İsterik psixi pozuntular. İsterik cəngolmalar ən müxtəlif formalarda,xəstənin yaşadığı ictimai mühitin başlıca xüsusiyyətlərini əks etdirməklə cərəyan edir.Məsələn,keçən əsrin II yarısında Fransada yaşamış məşhur psixonevroloq Şarkonun təsvir etdiyi “isteriya qövsü” (xəstə yalnız ayaq barmaqlarına və başının təpə və alın hissəsinə söykənərək bütün bədənini qövs şəklində yuxarı qaldırıb bu vəziyyətdə xeyli dayanır.Buna “Şarko qövsü” də deyilir) hazırda çox az təsadüf edir. Epilepsiya çəngolmalarından fərqli olaraq isteriya tutması zamanı tutma mərhələləri ardıcıl olmur,xaotik,xəstənin arzu və istəyini (şıltaqlığını) əks etdirən məzmunda olur,əslində nümayiş xarakteri daşıyır.Müxtəlif dərmanlardan və təlqin vasitələrindən istifadə etməklə tutmanl dayandırmaq mümkündür. Epileptik cəngolmalardan fərqli olaraq bu tutmaların daha mülayim,aurasız və düşüncənin tam pozulmadan baş verməsidir.Belə tutma zamanı xəstə ehtiyatla,astaca,özü də münasib yerə (çəmənliyə,yatacağın,xalçanın üstünə və s.)yıxılır.Tutma 30-40 dəq.və daha çox davam edə bilər. Bu zaman bəbəklərin işığa reaksiyası saxlanılır,xəstə dil və dodaqlarını,adətən,zədələmir və siymə aktı qeyd edilmir. Vegetativ və hərəki funksiyaların isterik pozuntuları,adətən,tutmadan sonra meydana çıxır.Tez-tez rast gəlinən əlamətlərdən isterik stuporu,hiperginezləri,xəstənin öz müvazinətini və yerişini itirməsini,astaziya-abaziyanı (ayaqları üstə durmanın və yerimə qabiliyyətinin pozulması),əzələ kontrakturasını (boyun əyilməsi,çiyin əzələlərinin hərəkətsizliyi və s) göstərmək olar.Xəstəliyin klinikasında çox vaxt tutmalarla əlaqədar meydana çıxan nitq pozuntuları da rast gəlnir.Bu kimi hallardan mutizmi (lallıq),kəkələməni,afoniyanı (səsinkarlaşmasını) göstərmək olar.Maraqlıdır ki,xəstə öskürərkən və ya asqırarkən afoniya hiss olunmur,bu ancaq danışarkən baş verir. Xəstələrdə dəri hissiyatının pozulması da tez-tez rast gəlinir.Məsələn qolun başqa nahiyyələrində hissiyyat saxlandığı halda əlcək formasında (biləkdən bir qədər yuxarıyadək)bir sahənin hissiyatı itir və ya corabın örtdüyü sahə keyləşir və s.Bəzən görmə qabiliyyəti müvəqqəti pozulur.Belə pozuntu görmənin zəifləməsindən tam korluğa (amavroz) qədər ola bilər.Eyni cür pozuntu eşitmə,qoxu və dadbilmə qabiliyyətinə də aid ola bilər.Vegetativ pozuntuların geniş yayılmış formalarından biri boğazda “isterik yumağın “əmələ gəlməsidir.Bu zaman xəstə danışıq və tənəffüs qabiliyyətinin çətinlşməsini söyləyir,boğazda ona mane olan yumağabənzər bir maniyədən şikayət edir.Həyəcan keçirərkən bu hiss daha da güclənir,digər əlamətlərin (boğulma,təngənəfəslik.yeməkdən imtina etmək,stenokardik ağrılar) ona qoşulması ilə xəstənin haı xeyli ağırlaşır. İsteriya nevrozunda təsadüf edən psixopozuntular,əsasən,hərəkət-davranış və emosiya sferalrını əhatə edir.Bəzən isə bu kimi hallar düşüncə pozuntuları ilə şərtlənir.Xəstələr əsasən düşüncə pozuntuları ilə şərtlənir.Xəstələr özlərini lüzumsuz,uşaq xasiyyət aparır,şıltaqlıq edir və ətrafdakıların diqqətini özlərinə çəlb edirlər.İsterik stupor,depressiya hallarında rast gəlinir. Düşüncənin alaqaranlıq pozulması fonunda cərəyan edən və yalançı ağıl zəifliyi (psevdodemonsia) əlamətləri nümaiş etdirməklə təzahür edən Qanzer sindromu psixi travmalarla əlaqədar meydana çıxan tipik sindromlardandır.Nadir hallarda təsadüf olunan buna bənzər digər sindrom puerilizm adlanır.Bu zaman düşüncə pozuntusu qeyd olunmur,lakin xəstə özünü çox gülünc,bayağı aparır.Sözləri uşaq kimi ifadə edir,mimikasına uşaq görkəmi verir. İsteriyadan əziyyət çəkən şəxslər müşahidə ediln əlamətlərin forma və məzmunundan asılı olmayaraq daima eqosentrik-ətrafdakıların nəzər diqqətini cəlb etəyə çalışmaq,emosianal reaksiyaları zəngin adamlar olaraq qalır.Təsadüfi deyildir ki,belə adamları alman psixiatrı Kreşmer cəmiyyətin ədviyası adlandırmış və “onlarsız həyatımız sönük və yeknəsək olardı” demişdir. Digər nevrotik hallar Bəzi alimlərin fikrincə müstəqil xəstəlik kimi təzahür edən daha bir neçə nevrozun (və ya nevrozabənzər sindromun) haqqında bəhs etmək lazımdır. İnoxondriya nevrozu.İnoxondriya dedikdə ayrı-ayrı orqanlarının fəaliyyətinə həddindən artıq diqqət yetirmək,xəstələnməkdən qorxmaq və ya “ağır xəstəliyə tutulmaq”başa düşülür.Belə asamlar heç bir əsas olmadan ağır xəstəliyə tutulduqlarını söyləyir,yardım üçün həkimlərə müraciət edir,bütün müayinələrdən keçməyə çalışırlar.Xəstələrin şikayətləri bəzən o qədər inandırıcı cə əsaslandırılmış görünür ki,hətta təcrübəli həkimlər belə səhv diaqnoz qoyur,uzun müddət xəstəni müalicəyə cəlb edirlər. İnoxondrik şikayətlərə,adətən,nevrozun digər əlamətləri ilə birlikdə rast gəlinir və üayinə zamanı nevrozu törədən psixogen amili aşkar etmək mümkün olur.İnoxondriya nevrozu vaxtında və düzgün müalicə olunmazsa xronik formaya keçir və xəstə illərlə hakimlərə müraciət edir. Depressiv nevroz.Bu nevrozu xarakterizə edən başlıca cəhət nevrotik məzmunlu,yəni əsasını psixi travmalar təşkil edən və psixi müayinə zamanı asanlıqla aşkar edilən depressiyanın olmasıdır. Depressiv nevrozun başlanğıc mərhələsi və gedişini bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir.Xəstəliyin başlanğıcında distonik xarakterli vegetativ pozuntular,bir qədər sonra isə əhvalın enməsi,həyəcan və yuxu pozuntuları qeyd olunur.Gecələr narahat yatan şəxs yuxudan durarkən özünü əzgin və zəif hiss edir.Depressiv nevrozun yaranmasına digər amillərdə səbəb ola bilər.


Tarix: 22.08.2012 / 03:03 Müəllif: [Ram] Baxılıb: 4084 Bölmə: Nevroz
loading...