CAMİ (məscid)-Röyada cami və ya məscid görmək-yuxu sahibinin dindar adam olduğunu və zəngin rifaha qovuçacağını bildirir.Məsciddə namaz qılmaq-xeyirli bir işə başlayacaq, istəkəlrinizdə uğurlar qazanacaqsınız.
Cami, məscid tikdiyini görmək-o məmləkətin böyüklərinin halal və düz əxlaqlı olmalarını göstərir.
Namazdan sonra arxasının mehraba döndüyünü görən adam bütün pisliklərdən qurtulacaq və istəkləri yerinə yetəcəkdir.
Camaatla məscidə getdiyini görən gənc oğlan subaydırsa-təmiz və gözəl qızla evlənəcək, evlidirsə-bəxtli və gözəl bir qızı olacaqdır.
Mehrabı kirlətdiyini görənin təzə övladı doğulacaq.
Camidə şam yandıran adamın uşağı ağıllı və ziyalı olacaq. Röyada məhfil və ya minarəni görən, yaxud məbədi təmir edən bir kimsənin şərəfi-şöhrəti artacaq, istəklıəri qəbul olunacaqdır.
Minarənin yıxılması-o yerə xalq içindən irəli gələn adamlar arasında ixtilaf, fitnə-fəsad çıxacağına və ya xalqın din baxımından qüsurlu əməllərinə işarədir.
Tarix: 17.11.2013 / 20:34 Müəllif: Ebulfez Baxılıb: 6679 Bölmə: C hərfi