Menden könül o nazli nigare dedin bes
Menden könül o nazli nigare dedin bes
Məndən, könül ,o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?
Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?
Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?
Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?
Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?
Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?
Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə,ne dedin bəs?
Tarix: 26.05.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Qezeller
loading...