"Xoş gəldin"
						Əla, ey gözləri şəhla, qaşı peyvəstə, xoş gəldin,
 Fəda olsun sənə canım, təni-növrəstə, xoş gəldin.
 Müsəlsəl zülfi-müşkindən götürmüş gül üzün rövnəq,
 Tutubdur aləmi şövqün, güli-növrəstə, xoş gəldin.
 Dağıtdı əqlimi sərdən sənin çeşmi çəpəndazın,
 Tutubsan tiği-əlmasın girib bu qəsdə, xoş gəldin.
 Bu gün mehrabi-əbrunə sürahilər sücud eylər,
 Piyalə ərğivani sən tutubsan dəstə, xoş gəldin.
 Bulur can günbəgün ləlin təmaşasın edən aşiq,
 Görübsən Məhcuri-sərgəştəni sən xəstə, xoş gəldin.
Tarix: 30.03.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Qezeller
loading...