Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm"

Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.


Tarix: 31.03.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller
loading...