Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nəcə mümkündü, ey vaiz, müsəlmanda..."

Nəcə mümkündü, ey vaiz, müsəlmanda nizam olsun,
Həmi əhli-kəlam olsun, həmi əhli-səlam olsun?!

Necə insafdır şeytan gəlib görsün bizim əhli,
Atıb şənü cəlalını, müsəlmanə qulam olsun?

Əgər hacı yola gəlsə, əgər vaiz desə doğru,
Vəli, lazım tutar onda gərək dünya tamam olsun.

Bular hər bir müsəlmanı edər qarət ələ düşsə,
Belə felü belə tinət görüm, yarəb, həram olsun.

Məni yar eyləmə, ya rəb, qiyamətdə bular ilə,
Mənə qismət cəhim olsun, ona cənnət məqam olsun,

Mənə, vaiz, qəmiş qoyma, yeri, rişə həna bağla,
Mənə meyxanə yer olsun, sənə mənzil hamam olsun,

Cəfər, ləğvin təvil etmə, gecə keçdi, tamam oldu,
Gecə yoxdur bu Məskoda, hekayətin tamam olsun.


Tarix: 30.03.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Qezeller
loading...