" Qurdu fələk min cürə əngəl bizə " qəzəli
Qurdu fələk min cürə əngəl bizə,
Ömr olub addımbaşı cəncəl bizə.
Yaxşılıq etdik nə qədər insana,
Tutmadı hərçənd biri əl bizə.
Tənə vurur başımıza hər yetən,
Qibtə edərdi görən əvvəl bizə.
Bilmədilər qədrimizi köhnələr,
Bəlkə qoyar tazələr heykəl bizə.
Bir belə Yasin ki, fəqan eylədik,
Qaldı fələklər də məəttəl bizə.
Tarix: 27.03.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Qezeller
loading...