"Cahanda hər könül aşüftədir..."
Cahanda hər könül aşüftədir bir yar şövqündə,
Kimi iyman xəyalında, kimi zünnar şövqündə.
Kimi Sənan olub dil bağlamış zülfi-çəlipayə,
Kimi Məcnun olub bir Leylivəş dildar şövqündə.
Büsati-eşqdir aləm həqiqət baxsan övzaə,
Ənadil gül həvasında, səməndər nar şövqündə.
İki dildarə aşiqdir, çəməndə qumriyü bülbül,
Biri sərvin həvasında, biri gülzar şövqündə.
Zamanə əhli, adətdir, kimi kəsbi-həlal eylər,
Kimi kərkəssifət daim gəzər murdar şövqündə.
Cavanlar xoş səadətdir ki, qafil kəzməyib olsun
Gəhi-təhsili-elm ilə, gəhi əşar şövqündə.
Səadət mülkünün sərmayəsi təhsil olan bəzmin
Xəzani xəstəvü miskin həmişə var, şövqündə.
Mirmehdi Mirhaşımoğlu Xəzani
Tarix: 30.03.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Qezeller
loading...