Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Mənim " qəzəli

Səcdə etməkdir o şuxə əvvəl ayinim mənim,
Sən deyən əfsanədir, zahid, budur dinim mənim.

Yox qərarım, getmiş əldən ixtiyarım, neyləyim,
O gedəndən qalmayıb bir zərrə təmkinim mənim.

Yoxdu dözməkdən səva hicranə bir yol, ey könül,
Vəslə ümmiddir hələ könlümdə təskinim mənim.

Əl çəkib yar höccətindən aşiqə rəhm eyləyər,
Aqibət bir gün gələr, var böylə təxminim mənim.

Gərçi dildən düşmüşəm, yad eyləmir bir dəm məni,
Bir şirin dilnən neçin ol lə'li-şirinim mənim.

Nazını tərk eyləməz, qılmaz güzər, etməz nəzər,
Harda düşmüş natəvan biçarə miskinim mənim.

Mən öləndən sonra bəlkə lütf edib qoysun qədəm,
Qəbrim üstə başlasın avazla Yasinim mənim.


Tarix: 30.03.2013 / 14:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Qezeller
loading...