Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Gəlir nəsimi - behişt aşikarə zülfündən"

Gəlir nəsimi - behişt aşikarə zülfündən,
Müəttər oldu bu məclis dübarə zülfündən.

Kəsib qabağını hüsnün misali - əbri - siyəh,
Olubdu mah ruxün bəxti qarə zülfündən.

Çəkəndə darə haçan böylə ah - zar elədim
Ki, düşmüşəm bu gecə ahü zarə zülfündən?

Rəqib çox çalışır kuyi - yarə yol tapsın,
Vəli düşən deyiləm mən kənarə zülfündən.

Mətai - müşkə bu tüccari - eşq olub talib,
Budur ki, şur düşüb hər diyarə zülfündən.

Fəraq oduna yanar həşrə dək dili - Pürğəm,
Gər olmasa bu yaman dərdə çarə zülfündən.
Mirzə Əhməd Pürğəm


Tarix: 30.03.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Qezeller
loading...