"Unudulmuş da, atılmış gülü sevda kimiyəm"
						Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
 Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.
 Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
 Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.
 Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
 Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.
 Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
 Hər buluddan su uman bir quru səhra kimiyəm.
 Sənə bel bağladım, atdın məni, ey munisi can
 İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.
 Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
 Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
Tarix: 31.03.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Qezeller
loading...