"Könül tutmuş vətən ol türreyi-tərrar arasında"
Könül tutmuş vətən ol türreyi-tərrar arasında,
Əcəb divanədir məskən salıb şahmar arasında.
Könül cəmiyyəti-zülfün içində tarü mar olmuş,
Belə aşüftəlik ol şanədəndir tar arasında.
Çərizi-eşqinəm, sorsam ləbindən şərbət incinmə,
Gözüm,bu rəsmdir sorma dəva bimar arasında.
Xətü-xalın əsiridir könül,zülfün giriftarı,
Mənimtək qalmasın kimsə belə küffar arasında.
Siyəh zülfün tökülmüş gör necə rüxsari-al üzrə,
Təəccübdür ki,əfi mənzil etmiş nar arasında.
Hədisi-ləblərin şərhini yazmaq cox güvaradır,
Ki olmaz bir belə şirin kəlam əşar arasında.
Qaşın tiğü,gözün xəncər çəkib qətlimə gəlmişlər,
Qalıbdır binəva Məxfi neçə xunxar arasında.
Tarix: 30.03.2013 / 15:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Qezeller
loading...