Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Hüseynə ağla,adəti-əzadır ağlamaq bu gün"

Hüseynə ağla,adəti-əzadır ağlamaq bu gün,
Mühərrəm ayı ta yetib,səzadir ağlamaq bu gün.

Gecikmə,karivan gedir,qoşul Hüseynə sidq ilə,
Ol əhdə sadiq aşina,səfadır ağlamaq bu gün.

O,Kərbəladə zülm ilə şəhid olubdu təşnələb,
Qan ağlayaq ki,çeşmə bir ziyadır ağlamaq bu gün.

Başi bədəndən ayrılan yaralı cisminə fəda,
Bəla çölündə qan axır,rəvadır ağlamaq bu gün.

Bu gün şəhadəti-Hüseyn yazıldı qanlı xətt ilə,
Sirişki tök,fəğanı qıl,rizadır ağlamaq bu gün.

Nə tən edirsiniz bizə Yəhudi qövmi tək,məgər
Olub Hüseynin aşiqi xətadır ağlamaq bu gün?

Hüseyn müsibətində qoy çox axsın abi-çeşmimiz,
Qəvimi,qəlbi xəstəyə şəfadır ağlamaq bu gün.


Tarix: 31.03.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Qezeller
loading...