Laləyə göstər üzün gülşəndə həmralənməsin,
 Nitqə gəl bülbül çəməndə bir də şeydalənməsin.
 Dur gözüm qurbanı, səhni-gülşənə qoy bir qədəm,
 Sərv balalənməsin, nərgiz də şəhlalənməsin.
 Zülfi-müşkinin dağıt ləli-şəkərbar üstünə,
 Qönçə xəndan olmasın, sünbül mütərralənməsin.
 Qıl müqəvvəs qaşların, tərfi-gülahindən əyan,
 Qürrə məh şəklinə əbrusinə qərralənməsin.
 Sinəmi qıl xəncəri-müjganın ilən çak-çak,
 Ta sənin mehrindən özgə şeyə məvalənməsin.
 Dütdüm eşki-xünfəşan ilə gözüm rövzənlərin,
 Səndən özgə mahiruxsarə tamaşalənməsin.
 İşvəvü nazü daləlü ğəncu qəmzənlə, necə
 Taqətü aramü əqlü rusi yəğmalənməsin.
 Çeşməyi-heyvan görüb ağzın rəqib etsə təmə,
 Çeşməyi-heyvan deyil, söylə təmənnalənməsin.
 Raci, göz yaşı əgər əksildü cövri-düşməni,
 Şöləyi-atəş kəbab əşkinə əfzalənməsin.
Tarix: 30.03.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Qezeller