Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Aludeyi-sərməstəm, bu kar nədir, bilməm"

Aludeyi-sərməstəm, bu kar nədir, bilməm,
Saqi ilə həmdəstəm, sərşar nədir, bilməm.

Aludeyi-bir yarəm, eşqində bu gün zarəm,
Dəymə ki, sızıldarəm, azar nədir, bilməm.

Aludeyi-gülzarəm, dillərdəki göftarəm,
Sanmaz məni kim, xarəm, gülzar nədir, bilməm.

Aludeyi-həmsayəm; düşməz dərinə sayəm,
Çün şerdürür mayəm göftar nədir, bilməm.

Aludeyi-dildarəm, hər şamü səhər zarəm,
Bir çeşmə giriftarəm, xummar nədir, bilməm.

Aludeyi-şahmarəm, yalvarmada bir marəm,
Zülfilə günüqarəm, tərrar nədir, bilməm.

Aludeyi-in karəm, aşüfteyi-bir yarəm,
Mən talibi-dildarəm, əğyar nədir, bilməm.


Tarix: 30.03.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Qezeller
loading...