"Səhni-gülzar içrə ta naz ilə göftar eylədin"
Səhni-gülzar içrə ta naz ilə göftar eylədin,
Qönçəni şərməndə qaldın, bülbülü xar eylədin.
Laləyə rüxsarını göstərdin ey şirin ləbim,
Məskənin fərhad tək aləmdə kühsar eylədin.
Hər kəsə sehr ilə qıldı nərgisi-məstin nigah,
Çöhrəyi-alın tamaşasilə bimar eylədin.
Sünbüli-zülfün dağıtdın, tirə qıldın aləmi,
Sünbülü ol sünbüli-zülfə giriftar eylədin.
Düşdü rövnəqdən, təravətdən çəmən şahidləri,
Taki çini-zülfdən rüxsarın izhar eylədin.
Atəşi-hicrana yandım, Cürmiyi-sərkəşstə tək,
Məhrəmi-bəzmi-vüsalın ta ki əğyar eylədin.
Məmmədağa Cürmi
Tarix: 30.03.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller
loading...