"Qalıbdır"
Ürəyimdə, ey nigarım, o qəmim həmin qalıbdır,
Mənə vəslədək əmanət verilən qəmin qalıbdır.
Puç olur əgərçi səhra gəzə aşiq eşq üzündən,
Gəlib əqli kara, Məcnun yaradıb zəmin qalıbdır.
Nəzərimdə,-illər ötmüş,- günümü qaraldan afət,
Gözü türk, xali hindu, qara zülfi çin qalıbdır.
Bu mələk siyasət ilə qılıb öylə sehr icad,
Ki görən olur əsiri nə ki, insü cin qalıbdır.
Könül oldu bir zamanlar, neçə işvəkarə mənzil,
Gedib indi hami, sakin tək o nazənin qalıbdır.
Məni yandırır dəmadəm ki, sücudun eylədim tərk,
Bu büt ilə ta o vəqtdən aramız sərin qalıbdır.
Yenə Bizəban həmindir, yenə eşqdə mətindir,
Həzin idi onda qəmlər yenə də həzin qalıbdır.
Tarix: 31.03.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Qezeller
loading...