"Eylərəm"
Ney kimi hər dəm ki bəzmi-vəslini yâd eylərəm,
Tâ nəfəs vardır quru cismimdə, fəryâd eylərəm.
Rûzi-hicrândır sevin, ey murgi-rûhum kim bu gün,
Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm.
Vəhm edib tâ salmaya sən mâha mehrin hîç kim,
Kimə yetsəm cövrü zülmündən ana dâd eylərəm.
Qan yaşım qılmaz vəfâ giryân gözüm isrâfına
Munca kim hər dəm cigər qanından imdâd eylərəm.
İncimən hər nicə kim ağyâr bidâd eyləsə,
Yâr cövriçün könül bidâdə mötâd eylərəm.
Bilmişəm bulman vüsâlın leyk bu ümmidilə,
Gâh-gâh öz xâtiri-nâşâdımı şâd eylərəm.
Lövhi- âləmdən yudum əşk ilə Məcnûn adını,
Ey Füzuli, men dəxi âləmdə bir ad eylərəm.
Tarix: 31.03.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Qezeller
loading...