" Yalvarıram gündə mən min dil ilə şanəyə"
Yalvarıram gündə mən min dil ilə şanəyə,
Toxunsun ahəstəraq geysuyi-canayəyə.
Sınsa əgər bir teli, rişteyi-könlüm sınar,
Ölləm, aman, dilbərim yar ola biganəyə.
Aşiqi-sadiq olur həmişə yekrəng ola,
Gündə sevib bir pəri, dönməyə divanəyə.
Şəmi günüz tərk edib, şəmsə salıb mehrini,
Bais odur şəmdə od vuru pərvanəyə.
Bülbül olub seyr elə, gülşəni-ülviyyəti,
Mehrini bayquş kimi salma bu viranəyə.
İllər ilə etdigi səcdəni zahid əgər
Satsa mənə, almaram bir dolu peymanəyə.
Arif olan şəxs üçün birdi cəmii-miləl,
Əşrəf, utan qoyma fərq Kəbəvü meyxanəyə.
Əşrəf Nəzərli
Tarix: 30.03.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Qezeller
loading...