Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Baği-hüsnündə bu sünbüllər ki, dəstə-dəstədir"

Baği-hüsnündə bu sünbüllər ki, dəstə-dəstədir,
Sayəsində xətti-müşkin səbzeyi-növrəstədir.

Ağzın öpdüm deyü hər dəm canıma cövr eyləmə,
Mənə böhtan etdiyin, ey qönçələb növrəstədir.

Halını ərz etməyə şahi-gülə bülbüllərin,
Qönçeyi-noxiz guya nameyi-sərbəstədir.

Tazə-tazə dağlarda saidi-zibayi-yar,
Şöylə rəngin görünür, guya ki, bir güldəstədir.

Çeşmi-bimari-nigarın qanə pəhriz eyləməz,
Onun üçün, Nitqiya, hər dəm o xuni-xəstədir.


Tarix: 30.03.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller
loading...