" Sərvə baxmaz, görsə hər kim ..."
Sərvə baxmaz, görsə hər kim yarımın şümşadını,
Sərvə oxşatmaq onu, bədnam edibdir adını.
Gözlərin cəllad edib bu Xosrovi-iqlimi-naz,
Görməsin heç dini-kafər bu şəhin cəlladını.
Ləblərin şəhdini şəkkərdən uman aqil deyil,
Bilməsə hər kim bunu, bilməzdir ağzın dadını.
Xosrovi-eşqin edib məmureyi-könlüm xarab,
Bu necə şəhdir ki, məxrubə edər abadını?
Çəkmə bica dərdi-sər, qaç, burda durma, ey rəqib,
Aşinayə baxmayan heç yad qılmaz yadını.
Badzən çaldım üzünə açdı şəhla gözlərin,
Mən, o seydə bənzədim: bidar edə səyyadını.
Eşqinə mən mal-mülkü cani-ömrüm vermişəm,
Bu məsəldir kim; “utanmaz, versə hər kim zadını”.
Tarix: 30.03.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Qezeller
loading...