" Çəksin gərək " qəzəli
Aşiqə məşuqdan ehsandı qəm çəksin gərək,
Vəslə yetməkçün müdam min dərd-ələm çəksin gərək.
Ya dözüb səbr eyləsin eşqində hər cür möhnətə,
Dərdü möhnət mənzilindən ya qədəm çəksin gərək*.
Ya gərək bir ruzi bilsin hicri aşiq eşqdə,
Ya ki, öz ümmidi üstündən qələm çəksin gərək.
Xoş günü Allah münasib bilməmiş aşiqlərə,
Naləni aşiq olan kəs dəmbədəm çəksin gərək.
Məqsədindən, Yasina, əl çəkmə çün bir qayda var,
Qəm yükün eşq içrə aşiq müntəzəm çəksin gərək.
Tarix: 30.03.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller
loading...