Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ağlar"

Hər kim ki,qoyarsa rəhi-eşqə qədəm ağlar,
Bu yolda sevinc olmaz,o çəkdikcə qəm ağlar.

Gör Kərbübəladə nə bəla çəkdi Hüseynim,
Kim yadə salarsa dura bilməz,o dəm ağlar.

Qalmışdı o gün Zeynül-İbad xəstə yatağda,
Yox çarəsi üz verdi ki,dərdü ələm ağlar.

Tökdü gözünün yaşını Zeynəb gecə-gündüz,
Bu halə baxıb körpə uşaqlar da həm ağlar.

Ağlardı Mühəmməd ,Əli, Zəhra, Həsən hətta
Misl aləmi icrə nə ki, var möhtərəm ağlar.

Yox üzrü qiyamət günü zalımların ey dil,
Kim vermiş əgər Ali-Əbayə sitəm ağlar.

Çeşmim kimi yaşlar axıdır xamə Qəvimi,
Çün mahi-Mühərrəm yetib əldə qələm ağlar.


Tarix: 31.03.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Qezeller
loading...