Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YALVARMA

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e'tibar ona, bi'etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
"Ənəlhəqq" üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!


Tarix: 01.04.2013 / 20:35 Müəllif: *Beyaz_Gul* Baxılıb: 195 Bölmə: Qezeller
loading...