" Getmə " qəzəli
Kərəm qıl, ey pəri, ey yari-möhtərəm, getmə,
Geniş ürəkli, şirin dilli, xoş qədəm getmə.
Ürəkdə vulkan olub püskürür qəmim, rəhm et,
Qal, öldürər məni getsən bu dərd-ələm, getmə.
Sətir-sətir düzülüb yalvarırlar arzularım,
Töküb yaş ağlayır ardınca kor qələm getmə.
Düyünləyib bu fələk alnımın qırışlarını,
Qonub qalıb qaralıb gözlərimdə qəm getmə.
Bu Yasin ağciyərin səndən ayrı bir kəsi yox,
Ölüm ayaqların altında, ey sənəm, getmə.
Tarix: 27.03.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Qezeller
loading...