"Çıxdı əbri-bərgdən kövkəb kimi rüxsari-gül"
						Çıxdı əbri-bərgdən kövkəb kimi rüxsari-gül,
 Ləmə-ləmə nur saçdı aləmə ənvari-gül.
 Məşriqi-şaxi-zəbərcədən çıxıb xurşid tək,
 Bərq qıldı cümleyi əzharidən izhari-gül.
 Şərbəti-safi bənəfşə lalənin camındadır,
 Xəsteyi-səhhət verir, hər kim ola bimari-gül.
 Bülbülə dərdi-dilin eşqində tibyan etməgə,
 Qönçədən məkşuf olur şax üstünə tumari-gül.
 Misri-mülk məhv olub, nəqli-Züleyxa oldu həkk,
 Hər tərəf min Yusifə zinət verir bazari-gül.
Tarix: 30.03.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Qezeller
loading...