Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Eşqə düşüb fikri-vüsal çəkginən " qəzəli

Eşqə düşüb fikri-vüsal çəkginən
Ömrü boyu dərdü məlal çəkginən.

Səbr ilə həsrət dağını parçala,
Vəsl yolun gözlərə sal çəkginən.

Etmə şikayət zamanım yox deyə,
Çəkməyə tap dərdi macal, çəkginən.

Düşməsin incik deyə qəm, başına
Gündə nəvazişlə sığal çəkginən.

Yar sənə qəm versə, nə qəm, qəm yemə,
Qəm yükünü çiyninə al, çəkginən.

Sirri-ləbin sorma cəvab, yoxdu, yox,
Qarşısına rəsmi-sual çəkginən.

Düşsə əgər hardasa qəm söhbəti,
Yasini fəxr ilə misal çəkginən.


Tarix: 26.03.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Qezeller
loading...