Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Gecənin " qəzəli

Alışdırır üfürüb həsrətin közün gecənin,
Çıxardır az qala heyrət basıb gözün gecənin.

Səsin qaranlığa çırpıb külək vıyıltıyla,
Dəcəl uşaq kimi tez-tez kəsir sözün gecənin.

Görüncə qəm ləkəsindən üzündə yer yoxdur,
İşıq əliylə tutub Göy yuyur üzün gecənin.

Qaranlıq üzdəniraq görkəmin çəkib başına,
Qəribə səs çıxarıb qorxudur özün gecənin.

Səbir də pəncərəmin əyləşib düz ağzında,
Pıçıldayır nağılın bir uzun, uzun gecənin.

Ayaqyalın, başaçıq gözlərim çəkən yolda,
Qaçıb yuxum tələsik qaldırır tozun gecənin.

Başım qarışdı xəyalımla, Yasin, əslində
Mənimçün olmadı bir fərqi gündüzün, gecənin.


Tarix: 26.03.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Qezeller
loading...