" Həsrətindən gör nə müddətdir ki, giryan olmuşam " qəzəli
Həsrətindən gör nə müddətdir ki, giryan olmuşam,
Ey pəri hicrində zülfün tək pərişan olmuşam.
Ağlayıb, yalvarmışam vəslin təmənna eyləyib,
Bilmişəm bezdirmişəm billah peşiman olmuşam.
Yox qılan tə'bir, bir xabi-pərişan görmüşəm;
Sinəmə yar ox vurub, qanımla qəltan olmuşam.
Sən gedəndən qalmayıb cismimdə taqət, rəhm elə,
Tərk edib can cismimi, ey can ki, bican olmuşam.
Bir quru cismim qalıbdır indi, Yasin, ney kimi,
Bənd-bəndimdən çıxan atəşdə büryan olmuşam.
Tarix: 27.03.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Qezeller
loading...