"Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz"
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,
Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdənüz.
Yazmağa həqdən kəlamüllahi-natiq şərhini
Kim, bəyani-elm ilən Qur’anə gəlmişlərdənüz.
Kainati surəti-rəhmanə təfsir etməgə
Ruhi-qüdsi surəti rəhmanə gəlmişlərdənüz.
Bir müənbər türrənin küfrinə “amənna” deyib,
Həqqə təslim оlmuşuz, imanə gəlmişlərdənüz.
Saqiyi-baqi əlindən məst оlub içməkdəyüz,
Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.
Ğeybi-mütləqdən təmaşayi-rüxi-ziba içün
Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.
Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin,
Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.
Şah İsmayıl Xətai
Tarix: 31.03.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Qezeller
loading...