Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Rəhm qıl, dəymə səba, zülfi-kəci-dildarə"

Rəhm qıl, dəymə səba, zülfi-kəci-dildarə,
Nə rəva kim, düşə vüsətdə ikən dil darə ?!

Eşq ruyində urub lafi - “ ənəlhəq ” guya,
Çəkilib zülfdə Mənsur kimi dil darə.

Qoyma kim, şanə dəgə zülfə, özün məhrəmsən,
Şərhə-şərhə ol onun tək, onu, ey dil, darə.

Hər xədənkin səfi-müjkandan əgər kəm bulsa,
Kimsəyə etmə güman zülfü ara, dildarə.

Asiya, çini-səri-zülfdə kim, oldu könül,
Zülməti-şəb tanımaq qüdrəti yox dildarə.


Tarix: 30.03.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller
loading...