"Vermişәm dünya mәtain qarәtә cananә mәn"
Vermişәm dünya mәtain qarәtә cananә mәn,
Olmuşam mәsruru xürrәm, eylәrәm şükranә mәn.
Neylәrәm qәmxanәni, qәm çәkmәyә dünya üçün?
Eylәrәm şükrü sәna ol xaliqi-sübhanә mәn.
Dami-qәmdir bu cahan, meyl eylәmәn ol danәyә,
Görmüşәm tüğyani-Adәm ismini dәr danә mәn.
Yar kuyi mәskәnimdir, istәrәm ol kuyi mәn,
Yarsız meyl etmәnәm ol rövzeyi-rizvanә mәn.
Yari-baqidir mәnә, hәmrahü hәmxabım müdam,
Hәmnişin, hәmsöhbәtәm ol qadirü yәzdanә mәn.
Mәniyi-zatım nümayan, mәndәdir әnvari-hәq,
Dәrgәhi-piri-muğanәm, guşeyi-meyxanә mәn.
Mәndәdir cami-sürahi, xәlvәti-kaşanә hәm,
Cami-Cәmdir, Mәhvәşi, peymanә o, mәstanә mәn,
Tarix: 31.03.2013 / 17:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Qezeller
loading...