İÇİ:
Qiyməyi qarışdırma qabına alırıq və üzərinə soğanı rəndələyirik. Cəfəri incə incə qıyıb əlavə edirik. Yumurtasını qırırıq. Konsistensiyanı bağlamaq üçün qalet unu səpirik. Duzunu, istiotu atırıq və yoğururuq.
Yaxşıca yetişdirdiyimiz küftə ətindan topadan bir az daha böyük parçalar qoparıb yuvarlayırıq. Plov üçün, düyü yaxşıca yuyub süzürük. Qazana bir az duru yağ tökürük və düyü qoyaraq qovurmaya başlayırıq. Kərə yağını əlavə edirik və bir neçə dəqiqə daha qovururuq. Üzərinə ət suyunu və isti su tökürük.
Duzunu atırıq və qapağını örtərək bişməyə qoyuruq. Böyük bir tavaya duru yağ tökürük və üstünə yüngül un vurduğumuz küftələri tavaya alıb qızardırıq. Küftələr qızarmağa başlayanda içinə abqora atırıq və qovururuq. Pomidor sousunu əlavə edirik. Konsistensiya tünd olmaması üçün az qaynar su tökürük və qaynamağa qoyuruq. Sos-umuz qaynayanda ocaqdan alırıq. Bəzəməsi üçün yerkökü və turpu ayrı-ayrı rəndələyirik. Dərin və uzun bir qəlibi isladırıq və içinə bişirən plovu doldururuq. Qabın ortasına plovu qəlibiylə çeviririk. Boşqabın dörd küncünə yerkökü və turp rəndəsi qoyuruq. Üstlərinə bir dilim pomidor və bir dilim xiyar qoyuruq. Qəlibin ətrafına da hazırladığımız küftə sousu tökürük. Plovun qəlibini çıxarırıq və xidmət edirik.
KÜFTƏLI PLOV QÜLLƏSİ
400 q. Qiymə
1 soğan
1 dəstə cəfəri
1 yumurta
Qalet unu
1 kasa pomidor sos
1 şorba q. Tomat
Duz
İstiot
PLOV ÜÇÜN:
3 su s.Düyü
1 şorba q. Kərə yağı
1 su s. Ət suyu
Duru yağ
Duz
Su
LƏVAZİMATLARI ÜÇÜN:
Yerkökü
Pomidor
Xiyar
Turp
Tarix: 25.03.2015 / 10:41 Müəllif: Nurana Baxılıb: 158 Bölmə: Plovlar