[s]TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV
4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan – nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli – döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot
1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.
2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.
3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.
4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan – non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.
5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.
6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.
7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.
8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.
9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.
10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.
Tarix: 13.12.2012 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Plovlar