Qoyun əti (hər adama bir böyük tikə)
İran xurması
Şabalıd
Kişmiş
Kuraqa
Düyü
Ərinmiş yağ
Duz
Zəfəran[bg=#173bd3][/bg]
Zəfəranı axşamdan dəmləyin. Əti yarıbişmiş hazırlayın. Quru meyvəni yuyub iki dəq. qaynar su üstünə tökün. Şabalıdı əvvəlcədən hazırlayın, eyniliklə düyünü.
Qazanın dibinə yağ töküb qazmaq üçün xəmir qoyun. Xəmirin üstünə 1-2 sm yarıbişmiş düyü tökün, onun üstünə ət tikələrini və meyvə şabalıd qarışığı yerləşdirin.Bunların üstünü tənziflə örtün, quru meyvə düyüylə qarışmamaq üçün. Onların üstünə qalan düyü tökülür. Düyünün üstünə ¼ stəkan su və əridilmiş yağ tökülür. Deşiğ edib tənzifə və ya dəsmala bükülmüş qapağı qoyun. Zəif odun üstünə dəmə qoyun (mənda bu 3-4 saat vaxt apardı, çünki qazanın dibinə ət döşənmişdi). 5-10 dəq. sonra qapağı açıb zəfəranı düyünün üstünə töküb və yenə qapaqla örtün.
Düyünü iri boşqaba (bljuda) çəkib qazmaqla bəzəyin.
Ət və quru meyvə ayrı boşqablara yığılır.
Tarix: 13.12.2012 / 11:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Plovlar