Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duvaxlı plov
Duvaxlı plov

MATERİAL SİYAHISI:

4 su s.Düyü
2 şorba q.. Kərə yağı
1 su b. Ət suyu
Duru yağ
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

450 q. Quzu əti
2 soğan
1 çay s.Badam
1 dəstə şüyüd
Gilas pomidor
Duz
Kəklikotu

İÇİ:

Düyü yaxşıca yuyuruq və süzürük. Qazana duru yağ tökürük, düyü əlavə edib qovurmaya başlayırıq. Arxasınca kərə yağını veririk və yaxşıca qovururuq. Duzunu atıb qarışdırmağa davam edirik. İsti suyu və ət suyunu birlikdə tökürük. Qapağını bağlayaraq bişməyə qoyuruq. Quzu ətini sətirlə qiymə halına gətiririk. Soğanları yeməli doğrayırıq. Qazana duru yağ tökürük və əti qovururuq. Ətin rəngi dəyişdikdə soğanları əlavə edirik. Kəklikotunu atırıq və bişirməyə davam edirik.

Duzunu atırıq və qapağını örtərək zəif odda bişiririk. Ayrı bir tavaya duru yağ töküb badamları qovururuq. Altı boş olan tort çevrəni boşqaba oturduruq. İçinə plovu doldururuq. Üstünə də ətli xərci doldururuq və qəlibi çıxarırıq. Üstünə qızardılmış badamları atırıq. İkiyə kəsilmiş çeri pomidorları kənarlara atırıq və xidmət edirik.


Tarix: 25.03.2015 / 00:07 Müəllif: Nurana Baxılıb: 165 Bölmə: Plovlar
loading...