Plovlar → Şirin plovu
Kuraqa
Şabalıd
Sarı kişmiş
İran xurması
Bunları yuyub, qurudun. Şabalıdı çərtib 5-10 dəq. qaynar suda qaynadın. Amma şabalıd artıq qaynamamalıdır, əks halda qabığı soyulakən sınacaq. Şabalıd yarıbişmiş olmalıdır. Şabalıdın hansı vəziyyətdə olmağını yoxlamaq üçün bıçaqla çərtilmiş yerindən yoxlayın. Suda bir-iki şabalıd çıxardıb bıçaqla qabığını soyun. Orta qabıq da asanlıqla ayrılır. Amma şabalıd daimə isti suda olmalıdır, əks halda soyuyub quruyacaqlar və qabıq çətinliklə çıxacaq.
Tavaya yağ töküb şabalıları qovurun, 3 ç.q. su əlavə edib, qapaqla bağlayın. Vaxtaşırı qarışdırın. 5 dəq. sonra xurmanı əlavə edin. Əgər su buxarlanıbsa onda yenə əlavə edin. Xurma yumşalarkın kuraqanı əlavə edin (kuraqa böyükdürsə, onu 2-yə bölün). Kuraqa yumuşaldıqdan sonra kişmişi tökün. Ardı »