Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quzu ətli zəfəranli plov
Quzu ətli zəfəranli plov

MATERİAL SİYAHISI:

2,5 su stəkanı düyü
1 xörək qaşığı quş üzümü
1 xörək qaşığı dolmalıq fıstıq
2 xörək qaşığı kərə yağı
Duru yağ
1 çimdik zəfəran
Duz
Su

ƏTİ ÜÇÜN:

1 quzu qol
1 soğan
2 yerkökü
3 dəfnə yarpağı
Dənə istiot
Duz

İÇİ:

İri doğranmış quzu qolu qazana qoyuruq və bir az qovururuq. Soğanı və kökləri iri doğrayırıq. Qazana əlavə edirik. Bir az qovururuq və isti su qoyuruq. Dəfnə yarpağı və dənə istiot atırıq. Qapağını bağlayaraq bişiririk. Bişməsinə yaxın duzunu atırıq. Düyü yaxşıca yuyub süzürük. Plov qazanına duru yağ tökürük və dolmalıq fıstığı qovururuq.

Düyü əlavə edirik və qovurmaya başlayırıq. Kərə yağını və quş üzümünü əlavə edirik, qovururuq. Zəfəranı isti su ilə çay stəkanına ısla-yırıq. Rəngi çıxması üçün gözləyirik. Düyün isti suyunu verərkən yağını da suyla əlavə edirik. Duzunu atırıq və qapağını örtərək zəif odda bişiririk. Quzu ətini ocaqdan alırıq, sümüklərindən ayırırıq və suyla birlikdə soba qabına tökürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada qızarana qədər bişiririk. Bişmiş olan plova, ətləri qoyaraq xidmət edirik.


Tarix: 24.03.2015 / 21:51 Müəllif: Nurana Baxılıb: 90 Bölmə: Plovlar
loading...