Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyməli badımcan plovu

Ərzaqlar:

Quzu əti – 500 q

Kərə yağı – 300 q

Duru yağ – 200 q

Düyü – 500 q

Badımcan – 4 ədəd

Baş soğan – 2 ədəd

Zəfəran

Zirinc – 100 q

Duz


Hazırlanma qaydası

1. Quzu əti və baş soğan xırda doğranılır və kərə yağında qovrulur.

2. Badımcan qabığı soyulmadan uzunsov kəsilib duzlu suda 10 dəq. saxlanılır, acısı çıxarılır və duru yağda qızardılır.

3. Zəfəranın üzərinə qaynar su əlavə olunur və dəmə qoyulur.

4. Düyü 2 saat duzlu suda isladıldıqdan sonra süzülür. Duzlu su qaynadılır, düyü həmin suda bişirilir, süzülür və üzərinə zəfəran dəmləməsi gəzdirilib zirinclə qarışdırılır.

5. Yağlanmış istiyədavamlı formanın qıraqlarına badımcanlar yelpik şəklində yığılır.

6. Formanın dibinə düyünün bir hissəsi, ət qiyməsi, yenidən düyü əlavə edilib kərə yağı gəzdirilir (formanın mərkəz hissəsi açıq qalmalıdır).

7. Qiyməli badımcan plov qabaqcadan 200 dərəcəyədək qızdırılmış sobaya 30 dəq.-lik qoyulur.


Tarix: 12.12.2012 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Plovlar
loading...