İÇİ:
Plov üçün, qazana az duru yağ tökürük. Yaxşıca yuyulmuş və süzülmüş düyü qazana alırıq və qovurmaya başlayırıq. Bir az istiləşəndən sonra kərə yağını qoyuruq, duzunu atırıq və qovurmaya davam edirik. Ət suyunu qoyaraq qarışdırırıq. İsti suyunu veririk.
Qapağını bağlayaraq bişməyə qoyuruq. Bonfile xırda kub şəklində doğrayırıq. Saxsı qabına ya da yayvan bir qazana az duru yağ tökürük. Küp doğranmış ətləri də qazana alırıq və qovurmaya başlayırıq. Kərə yağını qoyuruq.
Göbələkləri ikiyə kəsirik. Soğanları iri küp küp doğrayırıq. Etlər suyunu buraxıb çəkdikdən sonra soğanı əlavə edirik. Birlikdə bir az istiləşəndən sonra göbələyi əlavə edirik. Duzunu və qara bibəri qoyuruq. Göbələkdə suyunu qoyub çəkəndə altını bağlayırıq. Qaynar suya gül kələmi qoyaraq bir neçə dəqiqə gözlədirik. Arxasınca soyuq suya qoyuruq.
Girdə bir kasa alırıq və zəmininə ət qızartmasını qoyuruq. Üstünə də plovu tökərək qaşıqla düzəldirik. Boşqaba kasa tərsinə çeviririk. Xidmət qabının kənarlarına gül kələmi çiçəklərini düzərək xidmət edirik.
QOVURMA PLOV
600 q. Bonfile
2 soğan
1 pk. Göbələk
1 şorba q.Kərə yağı
Duru yağ
Duz
İstiot
Kəklikotu
PLOV ÜÇÜN:
3 su s. Düyü
2 şorba q.Kərə yağı
1 su s.Ət suyu
Duru yağ
Su
Duz
LƏVAZİMATLARI ÜÇÜN:
Gül kələmi
Tarix: 25.03.2015 / 01:53 Müəllif: Nurana Baxılıb: 209 Bölmə: Plovlar