Yeni yaradılan linza sensoru qlükozaya reaksiya verən elektrodlardan ibarətdir.
Linzalar görməni yaxşılaşdırmaq üçün nəzərdə tutulan vasitədir. Ancaq indi kontakt linzalar yalnız "eynək" kimi deyil, həm də mini laboratoriya kimi işləyəcək. Onlar heç bir əlavə avadanlıq tələb etmədən video-displey efekti yaradacaqlar.
Yeni nəsil linzaları mikroelektronikalar və gözdə qıcıqlanma yaratmayan materialların birləşməsindən yaradılıb. Onu amerikalı alimlər ərsəyə gətiriblər. Hələ 2008-ci ildə Vaşinqton Universitetinin professoru Babək Pərviz 2008-ci ildə qırmızımtıl linzanın prototipini yaratmışdı.
Bundan sonra isə o, diabet xəstələrində şəkərin miqdarını ölçən linzaları işləyib hazırlayıb.
Əslində yeni nəsil linzaların texnologiyası elə də çətin deyil. Çünki göz yaşındakı qlükozanın miqdarı onun qandakı səviyyəsi ilə eynidir. Qlükozaya reaksiya verən sensor elektrodlardan ibarətdir. Bu hətta minumum miqdarda şəkərə nəzarət etməyə imkan verir. Elektrod qatının əsasını polietilantereflat materialı təşkil edir. Bu plastik butulkaların hazırlanmasında istifadə edilən polimerdir.
Yığılan məlumatı linza naqilsiz bağlantı vasitəsilə hər hansı portativ (məsələn mobil telefon və ya başqası) qurğuya göndərir. Bununla da insan qandakı şəkərin miqdarı barədə məlumat almış olur.
Tarix: 16.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Oftalmologiya