Günümüzdə aktual mövzulardan biri görmə problemləri və həmin problemlərin meydana gəlməsinə səbəb olan faktorlardır. Təbii ki, bu cür çətinliklərlə üzləşən insanlar ilk növbədə həkimə müraciət edirlər və müalicə olunurlar.
Bildiyimiz kimi, gözə düşən xarici cisimlər, göz və göz qapağındakı pozuqluqlar, göz içində iltihablanma, soyuqdəymə göz sulanmasının və problemlərinin əsas səbəblərindən biridir. Görmə problemləri görmə sahəsinin böyüklüyünə və şəklinə təsir göstərən başlıca faktor hesab olunur. Bu problemlər makula degenerasiyası (pozuqluğu) adlandırılan xəstəliyi də əhatə edir. Bu vəziyyətdə ağ təbəqənin orta qismindəki sarı nöqtə (makula) pozularaq bulanıq görməyə və mərkəzi görmə qabiliyyətinin yavaşca itməsinə səbəb olur. Lakin səthi görmə qabiliyyəti, bu vəziyyətdən təsirlənmir. Gözdə olan çox sayda sinir ucları, görmə qabiliyyətinin ən iti olduğu makulada toplanır. Makulada olan pozulma, yaşlanma ilə əlaqədar ola bilər. Bu təbii hal hesab olunur. Digər səbəblərə isə xəstəliklər və ətraf faktorlar aid edilir.
Gözə həddindən artıq su yığılması isə qlaukoma xəstəliyinin əlamətlərinin meydana gəlməsinə səbəb olur. Bunu daha çox səthi görmə zamanı görüş sahəsinin xarici kənarları ilə bir şardan baxmaq kimi qiymətləndirirlər. Həmçinin həddindən artıq daralma nəticəsində yaranan tunelə də bənzədirlər. Bu vəziyyət, gözə həddindən artıq maye yığılmasının yol açdığı təzyiqli görmə kimi başa düşülür. Bu hal, ağ təbəqənin pozulmasına gətirib çıxaran əlamətlərdən biridir. Həmçinin gecə korluğuna səbəb olur.
Gecə korluğu, müəyyən bir səviyyə altında işıqda gözün normal funksiyalarını yerinə yetirmədə çətinlik çəkdiyi vəziyyətidir. Hemianopia isə gözlərdən birinin və ya hər ikisinin normal görmə sahəsində yarıya qədər görmək itkisi ya da korluq vəziyyəti kimi başa düşülür. Görmə itkisi, ümumiyyətlə görmə sahəsinin sol və ya sağ, üst və ya alt yarısında meydana gələ bilər. Hər iki gözdən bərabər səviyyədə görmə itkisi olduğundan hemianopia, gözlər tərəfindən ötürülən görünüşlərin beyinə göndərilmədiyi ya da beyində qavranılmayan bir prolemə səbəb olduğu bildirilir. Ümumiyyətlə bu beyni zərər görən şəxslərdə müşahidə olunur.
Lakin bəzi vacib məsələlər var ki, onlara riayət etməklə görmə problemləri yaşayan insanlar özləri göz problemlərini qismən həll etmiş olurlar. Bu istiqamətdə ilk növbədə gözə zərərli hesab olunan məsələlərə diqqət edilməlidir. Düzgün qidalandıqda, kompüter arxasında çox işləmədikdə, televizora uzaqdan baxdıqda, kitabı düzgün oxuduqda, keyfiyyətsiz və ya istifadə qaydalarına düzgün riayət olunmayan linzalardan istifadə etmədikdə və s. hallarda həmin problemlərdən uzaqlaşmaq olur. Həmçinin istehsalın müəyyən sahələrində gözə zərərli təsir göstərən amillərə fikir vermək, siqaretdən istifadə etməmək, aktiv həyat tərzi sürmək də vacibdir.
Xüsusi olaraq onu qeyd etmək lazımdır ki, göz problemlərinin dərinləşməməsi üçün həkimin təyin etdiyi müalicəyə ciddi fikir verilməli, müalicə dövründə uyğun görülən prosedurlardan kənara çıxılmamalıdır.
Tarix: 16.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Oftalmologiya