Hava dəyişiklikləri göz soyuqdəyməsinə səbəb olur. Bu daha çox göz ağının və göz qapaqlarının iç qismini örtən pərdənin iltihablanması nəticəsində yaranır.
Göz nahiyəsində qızartı, sulanma, qaşıntı, göz qapaqlarının şişməsi və yapışması kimi hallar meydana gəlir. Türkiyəli mütəxəssis Dr. Gökhanın sözlərinə görə müalicə edilmədikdə ciddi göz problemləri yarada bilər.
Xalq arasında göz soyuqdəyməsi kimi bilinən 'konyuktivit', göz səthinin yoluxucu infeksiyalarından biridir. İlin hər dövründə hər adamda görülə bilər. Virusun gözə alınmasından sonra 2-3 həftəlik müddətdə digər şəxslərə keçmə riski yüksək olur. Məktəb, fabrik, xəstəxana və nəqliyyat kimi sıxlıq mühitlərdə viruslar adamdan adama yoluxa bilər. Göz soyuqdəyməsi əvvəlcə gözdə burun kökünə yaxın qisimdə, sonra da xarici qisimlərdə batma hissi meydana gətirir. Bir həftə içində digər gözlə birlikdə iki gözdə şişlik, qızartı, sulanmayla birlikdə kornea deyilən şəffaf təbəqədə yığınlar, işıqdan narahatlıq və görmə bulanıqlığı başlaya bilər. Bunun üçün göz gigiyenası çox əhəmiyyətlidir.
Sürətli və mövsümə uyğun gəlməyən hava dəyişiklikləri viral bir infeksiya nəticəsində gözün buynuz qişasında uzun sürən problemlər yaradır. Yoluxması yüksək olan xəstəlikdən qorunmaq üçün göz gigiyenasına əməl etmək, əlləri tez-tez sabunla yumaq lazımdır. Bu zaman əllərlə gözlərə toxunmaq və ovuşdurmaq olmaz. Asqırıq tutduqdan sonra da əllər yuyulmalıdır.
İstifadə olunan dəsmallar adama görə xüsusi seçilməli, kağız dəsmal və ya dəsmallar tək istifadə edilməlidir. Yastıq örtüyü, eynəklər, makiyaj vəsitələri, göz damlaları və məlhəmləri ortaq istifadə edilməməlidir.
Tarix: 16.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Oftalmologiya